Qonaq Kitabı
Dilbəra, eşqin sənin cismimdə canım canındır

 

Dilbəra, eşqin sənin cismimdə canım canındır,

Vəsli-rüxsarın xəyalı könlümün dərmanıdır.

 

Firqətin dövrində, dilbər, xəstə canım oldu zar,

Şərbəti-ləli-ləbin bu dərdimin dərmanıdır.

 

Mehrü qəhrindən anın, aşüftə könlüm, qəm yemə,

Kim, mana cövrü cəfası lütf ilə ehsanıdır.

 

Zahida, vermə nəsihət eşqi tərk etgil deyü,

Aşiqin, allah bilür kim, sevgisi rəhmanıdır.

 

Ey Xətayi, çövrü qəhrindən cahanın incimə,

Hər nə kim, bəndə yoluna gəlsə həq fərmanıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info