Qonaq Kitabı
Bu gün mən munda, yarım anda neylər?

 

Bu gün mən munda, yarım anda neylər?

Yüzi şölə nigarım anda neylər?

 

Apardı əql ilə səbrü qərarım,

Mənim səbrü qərarım anda neylər?

 

Qatı müştaq idim şirin ləbinə,

Gözü məstü xumarım anda neylər?

 

Vətəndən ayrı düşdüm dadü fəryad,

Qəribəm, qəmgüsarım anda neylər?

 

Xətayi, xəstə düşdüm yardan ayrı,

Təbib ilə timarım anda neylər?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info