Qonaq Kitabı
Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər

 

Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər,

Sən bu işdə qılma təqsir, ixtiyar əldən gedər.

 

Yil-dəyil, saət-bəsaət xoş keçir gün yar ilə,

Həftə-həftə, günbəgün ol ruzigar əldən gedər.

 

İşrətü zövqü səfayə, ey könül, şad ol müdam,

Eyş nihan olur, görünməz, aşikar əldən gedər.

 

Aşinayi tərk edübən yadə can vermə, könül,

Yad ilə biliş olunca aşina əldən gedər.

 

Ey Xətayi, qoyma yarın damənin əldən müdam,

Kim ki, işin süst dutar, hər nə ki, var əldən gedər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info