Qonaq Kitabı
Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır

 

Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır,

Cəmalın huridən yegrəg, boyun tubadan əladır.

 

Gözüm yüzün görər hər dəm, zəhi nazir, zəhi mənzur.

Könül zülfin ilər hər dəm, əcəb aşüftə sevdadır.

 

Xöcəstə qamətin gördüm sənin, ey sərvəri-xuban,

Bəladan dil xilas olmaz, əcəb hümmətlü baladır.

 

Əgər cövrü cəfa qılsan və gər mehrü vəfa qılsan,

Yolundan gönməgim yoxdur ki, həq binavü danadır.

 

Xətayi xəstənin vergil muradın, həsbətən lillah

Ki, xaki-asitanında işi daim təmmənnadır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info