Qonaq Kitabı
İşim eşqində fəryad eyləməkdir

 

İşim eşqində fəryad eyləməkdir,

Vüsalın vədəsin yad eyləməkdir.

 

Xərab etdi demən eşqin könülni,

Bəs ol virani abad eyləməkdir.

 

Bu könlüm adəti hər şəb ğəmində

Fəğanü ah bünyad eyləməkdir.

 

Verürmən ğəm dilə ümmidi-vəslin,

Bu rəsm ilən anı şad eyləməkdir.

 

Xətayi qulluğın məqbul qılsan,

Bu gün yüz bəndə azad eyləməkdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info