Qonaq Kitabı
Gögdəki mahin liqası dust didarındadır

 

Gögdəki mahin liqası dust didarındadır,

Afitabın yüzi ol xurşid rüxsarındadır.

 

Vəsl ümidinə gəzər miskin könül, olmaz həlak,

Yoxsa çox hicran bəlası çeşmi-bimarındadır?

 

Ahu tək aşiqlərin könlün neçün seyd etməsün,

Ol qədər kirpik oxu kim, çeşmi-xunxarındadır.

 

Aqibət tufan qopar, bir gün cahanı qərq edər,

Seyli-baran kim, bu aşiq çeşmi-xunbarındadır.

 

Bu Xətayi şerinə münkir nədənsən, zahida?

Atəşi-eşqin nişanı odlu köftarındadır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info