Qonaq Kitabı
Kuyin sənin ki, rövzeyi-darüssəlamdir

 

Kuyin sənin ki, rövzeyi-darüssəlamdir,

Mehrab qaşların ana, çeşmin imamdir.

 

Hiç bilməzəm bu dünyada əyyami-ruzigar,

Ruy ilə zülfiniz mana sübh ilə şamdir.

 

Bədnam qılma könlümi, aşiq deyib, həsud,

Aləmdə eşq adı beylə nik namdir.

 

Yar  məclisində badəvü cam istəmən müdam

Kim, gərdəni sürahi, anın ləli camdir.

 

Mən eyləmə Xətayi kəlamini, ey rəqib,

Bax dəftərinə: sözləri nəzmü nizamdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info