Qonaq Kitabı
Bu sürahi, filməsəl, bir dilbəri-canandurur

 

Bu sürahi, filməsəl, bir dilbəri-canandurur.

Rahi-ruhəfza anın içində nazik candurur.

 

Məclisi-üşşaqi  pürnur etsə ol hər şəb nola

Kim, məlaik şəmi gögdə kövkəbi-rəxşandurur.

 

Səcdeyi-şükr eyləyüb hər dəm ayağa baş içün

Çün görər üstündə daim sayeyi-sübhandurur.

 

Səbzxət saqilər, andan doldurun peymanələr,

Xızr cami tək pür abi-çeşmeyi-heyvandurur.

 

Bir pəri sərvi-səhi-qəddir ki, durmuş rəqs içün,

Yoxsa cənnət məclisində tubiyi-rizvandurur.

 

Cami-Cəmşidü Cəmin dövrani xətm oldu tamam,

Dövri-cam indi anındır kim, şəhi-dövrandurur.

 

Budur ol ayineyi-İskəndəri-gitinüma,

Munda rövşəndir, cahanda hər nə kim, pünhandurur.

 

Bu sürahidən məvali dolduranda dustkam,

Qayğudan düşmən xəvaric yürəgi bir qandurur.

 

Görmədi heç kimsə mun tək simtən, məhbubi-şux,

Kakili zərrinü taci dəxi nur əfşandurur.

 

Yerdə əksi-çərxi-pür kövkəbdir olmuş aşikar,

“Nəssi-əzzinəs-səmavət” ayəti-bürhandurur.

 

Beylə qiymətlü cəvahir xansı mədəndən çıxar?

Kün fəkan mülkin baha versən, hənuz ərzandurur.

 

Bu Xətayi andan dər əzəl bir cürə mey,

Ta əbəd hüşyar olmaz, məsti-cavidandurur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info