Qonaq Kitabı
Badi-sübh əz suyi-məşriq afitab almış gəlür

 

Badi-sübh əz suyi-məşriq afitab almış gəlür,

Ğaliba, yarın cəmalından niqab almış gəlür.

 

Aşiqi-dilxəstədən dəfi-süda” etmək dilər,

Sünbülündən dilbərin buyi-gülab almış gəlür.

 

Gözlərin dövrində məst oldu ləbin çahin görüb,

Zahidi meyxanədən gördüm şərab almış gəlür.

 

Sufiyi-biçarə həm halın görüb ol zahidin

Söhbətin gərm etməyə çəngü rübab almış gəlür.

 

Hər kişi almış gəlür anın ğəmindən bir nəsib,

Bu Xətayi çeşmi-pürxun, dil kəbab almış gəlür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info