Qonaq Kitabı
Bütpərəst oldu könül, bütxanələr küncündədir

 

Bütpərəst oldu könül, bütxanələr küncündədir,

Mən bilürmən bu dili-şeyda nələr küncündədir.

 

Gənc-eşqin çün vücudim şəhərini qıldı xərab,

Nişə kim, gəncin yeri viranələr küncündədir.

 

Yusifi-Kənani salmışdır zənəxdan çahinə,

Zülfinə bağlu neçə divanələr küncündədir.

 

Cismimi tərk etdi dil, kuyində tutmuşdur məqam,

Kim ki, can tərkin qılur, cananələr küncündədir.

 

Nərgisi-məsti-xumarın qanimi içməkligə

Qaşların mehrabinə məstanələr küncündədir.

 

Dürlü nəzmim həsrətindən firqətindən, ey sənəm,

Bəhri-çeşmim mədəni dəndanələr küncündədir.

 

Zahid aydır: – Ey Xətayi, rəxtü dəstarın xanı?

- Qoymuşam meyçün girov, meyxanələr küncündədir. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info