Qonaq Kitabı
Ey pəri, hüsnün sənin cani-cəhandan yaxşıdır

 

Ey pəri, hüsnün sənin cani-cəhandan yaxşıdır,

Bəlkə ancaq can degil, canü cahandan yaxşıdır.

 

Gərçi Yəqubi zəif etdi fəraqi Yusifin,

Zəf içində ol dəxi mən natəvandan yaxşıdır.

 

Ögməyin mahi-fələknin pərtövi-rüxsarini,

Ol pərinin hüsni-asimandan yaxşıdır.

 

Aşiqi viranədən mən etmə, ey əql əhli kim,

Xəstədil Məcnunə səhra xanümandan yaxşıdır.

 

Bu Xətayi cü kənarında nə baxsın sərvə kim,

Qəddi-dilcuyi onun sərvi-rəvandan yaxşıdır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info