Qonaq Kitabı
Ənbərin zülfinmidir, ya müşki-tatarındurur?

 

Ənbərin zülfinmidir, ya müşki-tatarındurur?

Gögdə kövkəb əqdi həm löleyi-şəhvarındurur.

 

Hər səhərgəh aləmü afaqı pürnur eyləyən

Gün degil, ey dilbərim, ol hüsni-didarındurur.

 

Ruzi-məhşər qoparan, cana, qiyamət qamətin,

Fitnələr zahir qılan ol çeşmi-məkkarındurur.

 

Tuba kim, derlər cahanda, qəddü rəftarındır ol,

Baği- rizvan kim, deyirlər, ruyi-gülzarındurur.

 

Dünyəvü üqbadə hərgiz qəm yemə əğyardən,

Ey Xətayü, çün sənin lütfi-xuda yarındurur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info