Qonaq Kitabı
Ey sənəm, eşqində hər dəm bu könül bimardir

 

Ey sənəm, eşqində hər dəm bu könül bimardir,

Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.

 

Nə əcəb yüz üstə ol zülfün yatursa hər zaman,

Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardir.

 

Möhnəti-hicran əlindən, ey sənəm, qəm çəkmənəm,

Dərdi-eşqin, ey pəri, hər dəm mana ğəmxardır.

 

Dün dedi həmdəm mana: – Kimdir sənin könlün alan?

Mən dedim: – Bilməzmisən, ol gözləri xumxardir.

 

Necə tərk etsün Xətayi gül yüzinin vəsfini

Kim, şikəstə bülbülün daim yeri gülzardir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info