Qonaq Kitabı
Bu mənim cismimdəki zəhmətlərimnol can bilür

 

Bu mənim cismimdəki zəhmətlərimnol[1] can bilür,

Mana hicran etdigin ol dilbəri-canan bilür.

 

Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə, ğəm yemən,

Çün xəyalini sənin dil sevgili mehman bilür.

 

İnciməz bu xəstə canım dərdi-hicrindən sənin,

Cövrü qəhrin gəldigincə lütf ilə ehsan bilür.

 

Çünki birdir aşiqə qəhr ilə lütfün mənisi,

Dil fəraqini vüsalü dərdini dərman bilür.

 

Ruzü şəb bülbül təki eylər Xətayi nalələr,

Baği-hüsn içrə yüzüni çün güli-xəndan bilür..



[1]  Zəhmətlərimnol – zəhmətlərimin ol, zəhmətlərimi o.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info