Qonaq Kitabı
Dilbəra, mehrib əzəldən sidq ilə canımda var

 

Dilbəra, mehrib əzəldən sidq ilə canımda var,

Andan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.

 

Bu fəna darində əhli-zövq ilən qılgil səfa,

Mülkü malü təxtü cah olmaz cəhanda payidar.

 

Sayeyi-qəddində gərçi yer yüzi buldu şərəf,

Sayebani-rifətindən nöh fələk dutmuş qərar.

 

Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn,

Sahibi-fəzlü kəmalü izzəti ba iftixar.

 

Arif isən, qoymagil əldən həqiqət mənzilin,

Aqil isən, dinyeyi-ğəddarə vermə ixtiyar.

 

Nəzmi-əşarın, Xətayi, hər biri dürdanədir,

Söyləgil ta şahların guşində olsun guşvar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info