Qonaq Kitabı
Arizin kim, ol rüxi-pürnur, tab üstündədir

 

Arizin kim, ol rüxi-pürnur, tab üstündədir,

Suyə bənzər kim, həmişə afitab üstündədir.

 

Həq bilur kim, rüxlərin şənində olmuşdur nüzul,

Ayəti-müshəf ki, övraqi-kitab üstündədir.

 

 

Aləmin rövşənliği gərçi günəşdəndir, vəli

Pərtövi-hüsni-cəmalın afitab üstündədir.

 

Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər,

Asiman daim ki, yüzündə niqab üstündədir.

 

Mehri-eşqin nəqdinə viranə könlümdür məqam

Kim, bəli gəncin yeri daim xərab üstündədir.

 

Ayağın torpağındır həqq əhlinin başında tac,

Cismi daim bu Xətayinin türab üstündədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info