Qonaq Kitabı
Ol sənəm kim, gecə-gündüz can anın heyranıdır

 

Ol sənəm kim, gecə-gündüz can anın heyranıdır,

Əqlü fəhm andan bərü eşq ilə sərgərdanıdır.

 

Dilbərim, yarım, əzizim, qəmgüsarım, munisim,

Can şikarım, sevgi yarım, canımın cananıdır.

 

Dün səba gəldi mana xoş-xoş müənbər buy ilə,

Qaliba, ol məhliqanın zülfi-müşkəfşanıdır.

 

Ey könül, hicran qəmindən çox şikayət qılma kim,

Aşiqə cövrü cəfası lütf ilə ehsanıdır.

 

Bu Xətayi şerinə eyb etmə, ey nakəs həsud,

Cümlə üşşaq əhlinə həmdəm onun divanıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info