Qonaq Kitabı
Eşqiniz, cana, bu könlüm təxtinə sultandurur

 

Eşqiniz, cana, bu könlüm təxtinə sultandurur,

Bu vücudim mülkinə xeyli- xəyalın candurur.

 

Ta görübmən hüsnini, ey gövhəri-yekta sənəm.

Bir gözüm Qülzüm misali, bir gözüm Ümmandurur.

 

Ruzü şəb bəs kim, qılur bülbül fəğanü zarlığ,

Ta gülüstanda yüzün tək bir güli-xəndan durur.

 

Əhli-taət bəs ki, zikr edər sifati-hüsnüni,

Bildi kim, yüzün sifati ayəti-Qurandurur.

 

Dünyənin varü yoxundan, ey Xətayi, qəm yemə,

Saxlayan daim səni şol sayeyi-sübhandurur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info