Qonaq Kitabı
Cana, sənin cəmalını çün afitab oxur

 

Cana, sənin cəmalını çün afitab oxur,

Hüsnin kitabi-şərhini ümmül-kitab oxur.

 

Xublar yüzinə baxmağı zahid aydır günah,

Aşiqlər ol günahı həmişə səvab oxur.

 

Bülbül oxudi gülşəni-hüsnün sifatını,

Dil gördü gül yüzini, sözinə cəvab oxur.

 

Hər xəstə dil ki, badeyi-eşqin ilə oldu məst.

Çeşmini saqi, ləlini cami-şərab oxur.

 

Miskin Xətayi yetmək içün xaki-payinə

Hər dəm dilində ayəti-“künti-türab” oxur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info