Qonaq Kitabı
Ey könül, ol mənisiz cahili yar etməkmolur?

 

Ey könül, ol mənisiz cahili yar etməkmolur?[1]

Mənisiz cahil sözünə etibar etməkmolur?

 

Həm onun qövli xətadır, həm qərari bivəfa,

Oylə bir bədnam ilə qövlü qərar etməkmolur?

 

 

Xaki-payi-əhli-dil ol, olmagil cəhlə rəfiq,

Çün əbabil var ikən zağı şikar etməkmolur?

 

Cəhlini ürfan edəndə xaki-pay olgil ona,

Əhli-söhbət göricək ondan kənar etməkmolur?

 

Hər kəs öz eybilə səttarına dutmuşdur yüzün,

Sən onun eybini açıb, şərmsar etməkmolur?

 

Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutb,

Sən onun gizlicə sirrin aşikar etməkmolur?

 

Ey Xətayi, can fəda qıl bir vəfalı yar içün,

Hər vəfasız bivəfanı ixtiyar etməkmolur?

 



[1]  Etməkmolur – etməkmi olur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info