Qonaq Kitabı
Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir

 

Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,

Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.

 

Növbahar oldu, gözüm istər camalın görməgə,

Əzm edüb gülşən saru seyran edərsən, vəqtidir.

 

Çox zamandır qönçə tək bağrımnı pürxun eylədin,

Ləblərini gül təki xəndan edərsən, vəqtidir.

 

Zülməti-hicrin fəraqın çəkmişəm dövranda çox,

Vəslini bu könlümə mehman edərsən, vəqtidir.

 

Xeyli vəqtdir kim, Xətayi zülməti-hicran çəkir,

Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info