Qonaq Kitabı
Yanağın, ey pəri, can mənzilidir

 

Yanağın, ey pəri, can mənzilidir.

Bu bülbülnün gülüstan mənzilidir.

 

Ayağın basdığı yer, ey dilaram,

Bu mur içün Süleyman mənzilidir.

 

Saçının zülmətində təşnə Xızram,

Dodağın abi-heyvan mənzilidir.

 

Bitibdir qamətin çeşmim üzündə,

Nə xoş sərvi-xuraman mənzilidir.

 

Götürmə ağ yüzündən qarə zülfin

Ki, əqrəb mahi-taban mənzilidirş

 

Murad içün gəlübdür dil qapuna,

İnayət qıl ki, ehsan mənzilidir.

 

Xətayi könlünə yar mehri düşdü,

İmarət qıl ki, sultan mənzilidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info