Qonaq Kitabı
Bu sürahi bir dilarami-pəri nisbətlüdür

 

Bu sürahi bir dilarami-pəri nisbətlüdür.

Şəkli bir məhbubi-şuxin peykəri nisbətlüdür.

 

Oturur məclisdə bir zərrinkülahü simtən,

Asılü zülfi-müsəlsəl ənbəri nisbətlüdür.

 

Yoxsa bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut,

Ol kəmər üstə əliflər xəncəri nisbətlüdür.

 

Təxti-simin üstə oturmuş Süleyman hökm içün,

Əldə bir zərrin əyağ əngüştəri nisbətlüdür.

 

Hər tərəfdən görünür yüzində yüzlü surəti,

Filməsəl ayineyi-İskəndəri nisbətlüdür.

 

Sidq ilən bel bağlamış, durmuş fütuhi-rəzm içün,

Ğazilər yanında anın ləşkəri nisbətlüdür.

 

Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən,

Səlsəbil içində abi-kövsəri nisbətlüdür.

 

Yoxsa doğmuş arədə bir afitabi-şəmi-bəzm,

Çeşmi-mərdüm anə hər su müştəri nisbətlüdür.

 

Bəzl edər bəzmin Xətayi abi-kövsərdən müdam,

Şahi-mərdanın-Əlinin Qənbəri nisbətlüdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info