Qonaq Kitabı
Ey ki, sərxoşdur dü çeşmin, ləblərin peymanədir

 

Ey ki, sərxoşdur dü çeşmin, ləblərin peymanədir,

Ol səbəbdən aşiqin daim yeri meyxanədir.

 

Necə qəvvas olmayıb yaşımda kim, ol dilbərin

Ləblərin ləli-Bədəxşan, dişləri dürdanədir.

 

Vermənəm dünyavü üqba dövlətinə eşqini,

Dünyəvü üqba mana bir yanə, ol bir yanədir.

 

Sanma, ey çeşmim, sana biganədən ümmid ola,

Gör nələr qıldı könül, kim həmdəmü həmxanədir?

 

Bu Xətayini rəha qılmaz saçun zəncirdən,

Sanma kim, uslandı ol miskin, hənuz divanədir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info