Qonaq Kitabı
Əya gün yüzlü, çöhrən ayə bənzər

 

Əya gün yüzlü, çöhrən ayə bənzər,

Boyun bir sərvi-xoş balayə bənzər.

 

Xədəngi-can fədadır qəmzən, ey dust,

Qaşın üstə qurulmuş yayə bənzər.

 

Cəhanda bülbül olsam mən əcəbmi?

Sənin yüzün güli-həmrayə bənzər.

 

Yüzün şövqilə ləlin həsrətindən

Gözün yaşi behər su çayə bənzər.

 

Məlayik, hurinin gər hüsni xubdur,

Yüzün andan dəxi zibayə bənzər.

 

Sifatın oxusa gülşəndə mütrib,

Könül fəryadı çəngü nayə bənzər.

 

Xətayi, dilbərindir huri-rizvan,

Otağı cənnətül-məvayə bənzər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info