Qonaq Kitabı
Könül bir yarı sevda kim, pəridir

 

Könül bir yarı sevda kim, pəridir,

Cahan içrə gözəllər sərvəridir.

 

Boyi bağ içrə sərvi-nazə bənzər,

Yanağı həmçü vərdi-əhməridir.

 

Yüzidir nisbəti-xurşidi-taban,

Fələkdə məh aninçün Müştəridir.

 

Əgər xaqan, əgər fəğfur olursa,

Eşigi itlərinin kəmtəridir.

 

Yüzi səhni-gülüstan içrə güldür,

Saçının buyi müşkü ənbəridir.

 

Kim anın vəslinə bir dəm irişsə,

Cəmii-mülki- aləmdən bəridir.

 

Saçının rəngidir çün leylətül-qədr,

Cəmali nuri şəmsi-xavəridir.

 

Əzəldən ani sevdim canü dildən,

Sağınmasun ki, eşqim sərsəridir.

 

Baxub heyran olur Hüsninə aləm,

Xətayi xəstənin ol dilbəridir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info