Qonaq Kitabı
Dilbəra, hüsnini sane afitab etmişdürur

 

Dilbəra, hüsnini sane afitab etmişdürur,

Bilməzəm neyçün gözümdən dər hicab etmişdurur.

 

Gəl xumarım yaz mənim vəslin meyindən, ey pəri,

Şol şərabın həsrəti bağrım kabab etmişdurur.

 

Ta yaman göz dəgməyə, ey mah, hüsnin bağına,

Həq-təala zülfini pərri-ğürab etmişdurur.

 

Hafizi-Quran təki aşiqlər əzbər qılmağa,

Həq cəmalın ayəti ümmül-kitab etmişdurur.

 

Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncüni

Gərçi ol viranəni hicran xərab etmişdurur.

 

Ey məhi-namehriban, sorma Xətayi halını,

Firqətin ol xəstəni təhti-türab etmişdurur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info