Qonaq Kitabı
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür

 

Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,

Canıma bir od düşür, bu dilimə yahu gəlür.

 

Sinəmi qarşu dutaram kuyinə ol dilbərin,

Sağınuram dəmbədəm Beysi-Qərəndən bu gəlür.

 

Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə,

Aşiqi-dilxəstəni hər dəm sorur ahu gəlür.

 

Canımı qurban qılardım yoluna ol dilbərin

Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür.

 

Ey Xətayi, sən vücudin cuyini pak eyləgil,

Çünki pak olsa ana sərçeşməndən bir su gəlür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info