Qonaq Kitabı
Vücudini bu könlüm can demişdim

 

Vücudini bu könlüm can demişdim,

Ləbini ləl ilə mərcan demişdir.

 

Saçın rəngin şəbi-qədr oxuyanlar

Yüzün nurin məhi-taban demişdir.

 

Bu könlüm eşqini, ey qəmgüsarım,

Vücudim şəhrinə sultan demişdir.

 

İki gözüm yaşı hər dəm yüzimə

Birin Nilü birin Ümman demişdir.

 

Əyağın tozinə, ey nuri-rəhman,

Xətayi canını qurban demişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info