Qonaq Kitabı
Cana, qəmində gözlərimə su gəlir-gedir

 

Cana,  qəmində gözlərimə su gəlir-gedir.

Seyl oldu, daşdı, şimdi behər su gəlir-gedir.

 

Bəsl olmaz isə yüzünü görmək mana müdam,

Kuyindən, ey sənəm, mana bir bu gəlir-gedir.

 

Bixab qaldı kövkəbə nisbət bu gözlərim,

Hər gecə özgə gözlərə yuxu gəlir-gedir.

 

Ta görmədi gözüm səni, ey sərv boylu yar,

Sənsiz həmişə gözlərimə cu gəlir-gedir.

 

Miskin Xətayi görmədi çeşmin kimi sənin,

Səhra içində munca ki, ahu gəlir-gedir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info