Qonaq Kitabı
Əzəldən şah bizim sultanımızdır

 

Əzəldən şah bizim sultanımızdır,

Pirimiz, mürşidimiz, xanımızdır.

 

Şaha qurban gətirdik biz bu canı,

Şahın sözü bizim imanımızdır.

 

Həsudə yoxdurur, yalançıya mərg,

Ki, gerçək söhbəti bürhanımızdır.

 

Şahı həq deyibən girdik bu yola,

Hüseyniyüz, bu gün dövranımızdır.

 

Biz imam qullariyüz sadiqanə,

Şəhidlik, qazilik nişanımızdır.

 

Yolumuz incədir, incədən-incə

Bu yolda baş verək, ərkanımızdır.

 

 

Xətayiyəm, məvali, sirri-Heydər,

Şahı həq bilməyən düşmanımızdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info