Qonaq Kitabı
Bu tübşi kim, yeri dər ziri-padır

 

Bu tübşi kim, yeri dər ziri-padır,

Fələklər çərxi anə rəhnümandır.

 

Həmişə xakə sanmışdır özüni

Anınçün gözlər içrə tutiyadır.

 

Müdəvvərdir, müsəvvərdir, münəvvər,

Yer üstə sureyi-şəmsüz-zühadır.

 

Anın miratinə bax, həqqi gör kim,

Kim, ol aineyi-geytinümadır.

 

Yüzi ol şəms imiş bəzm əhli içrə,

Təala şanəhü, əhli-liqadır.

 

Anınçün olmuş anın şərbəti pak

Ki, heyvan suyilən yüz tən nəvadır.

 

Xətayi, şükr qıl həq qüdrətinə

Ki, həqqin bilməyən əhli-xətadır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info