Qonaq Kitabı
Könlümü alan mənim ol dilrüba yarımdurur

 

Könlümü alan mənim ol dilrüba yarımdurur,

Gərçi könlümi alur əmma ki, qəmxarımdurur.

 

Necə kim, cövrü cəfa qılsan bu mən dilxəstəyə,

Eyləmən andan şikayət kim, vəfadarımdurur.

 

Gecələrdə yuxu gəlməz gözümə, qan ağlaram,

Gögdəki kövkəb degil, şol çeşmi-bidarımdurur.

 

Tanrı içün yola gəlsən, bir qədəm ahəstə bas,

Ayağın altında topraq cismi-bimarımdurur.

 

Bu Xətayi afitabə eylədi gögdə nəzər,

Yar aydır kim, ana bax, əksi-rüxsarımdurur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info