Qonaq Kitabı
Ol pəri peykər ki, çeşmindən nihan olmuşdurur

 

Ol pəri peykər ki, çeşmindən nihan olmuşdurur,

Baqi ömrüm olsun ol, cismimdə can olmuşdurur.

 

Yarəb, ol gözlər nə bağın nərgisi-şəhlasidir?

Kim, qəmindən cismü canım natəvan olmuşdurur.

 

Eylə kim, bülbül yeri gülşəndir, ey gül yüzlü yar,

Könlümə kuyin məqami gülsitan olmuşdurur.

 

Anca çəkdim möhnəti-hicrin qəmin, ey bivəfa,

Cöcri-eşqindən vücudim natəvan olmuşdurur.

 

Ta Xətayi gördü ol hüsnü cəmalın, ey günəş,

Gör necə aləm dilində dastan olmuşdurur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info