Qonaq Kitabı
Həsrətin dərdindən, ey can, bağrım oldu parələr

 

Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,

Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.

 

Yandırub hicran odu könlümü verdi badə gör,

Dutdu əflagi-cəhani geydi gög də qarələr.

 

Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim,

Çarə yox, naçar olubdur, neyləsin biçarələr.

 

Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş,

Hicrin etdi mən qəribi üştə gör avarələr.

 

Öldü dərdindən Xətayi, bir qədəm rəncidə qıl,

Qəbrinə basgil, eşitgil səd hezaran nalələr,

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info