Qonaq Kitabı
Ta ki, dərdindən olubdur yürəgim səd parələr

 

Ta ki, dərdindən olubdur yürəgim səd parələr,

Tiği-eşqin yürəgimni səd hezaran parələr.

 

Ay yüzündən ayru gördüm dideyi-bixabimi,

Gög yüzində uymaz oldu hər gecə səyyarələr.

 

Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə,

Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr.

 

Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm,

Gör nələr qıldı mana şol nərgisi-xunxarələr.

 

Çıxmiyə miskin Xətayi könlü zülfindən, nola,

İşi seyr olur anın hər xanda var səyyarələr.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info