Qonaq Kitabı
Qamətindən münfəildir sayeyi-sərvi-büləhd

 

Qamətindən münfəildir sayeyi-sərvi-büləhd,

Həsrətindən ərərü şümşad olubdur dərdmənd.

 

Arizin bağında zülfin tarinə bənd eyləgil,

İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd.

 

Sərbəsər bir tareyi-muyin bəhasıdır sənin

Mülki-Təbrizü Cəğatayü Xorasanü Xocənd.

 

Ta ki, gəldi, ey sənəm, eşqin xəyalı başimə,

Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd.

 

Canımı eşqinə təslim eylədim ixlas ilə,

Ol pəri peykər məni, yarəb, nədən qılmaz pəsənd?

 

Dər biyabani-təhəyyür qalmışam bixürdü xab,

Valehi sərgəştəvü heyranü zarü müstəmənd.

 

Bu Xətayi ləblərin eşqində gər ah eyləyə,

Ahinin suzindən olur xak ol kuhi-Səhənd.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info