Qonaq Kitabı
Hüsn ilə ziba imişsən, ya Əli, səndən mədəd

 

Hüsn ilə ziba imişsən, ya Əli, səndən mədəd,

Görk içində bay imişsən, ya Əli, səndən mədəd.

 

Eşqlə məşuqü aşiq səndə olmuşdur zühur,

Sirri-ma ovha imişsən, ya Əli, səndən mədəd.

 

Eşq oxirlər adini rahi-həqiqətdə sənin,

Eşq ilə şeyda imişsən, ya Əli, səndən mədəd.

 

Övliyalar, ənbiyalar çoxdurur, illa ki sən,

Cümlədən əla imişsən, ya Əli, səndən mədəd.

 

Möminə irşad edirsən lütfü ehsanü kərəm,

Kafirə qovğa imişsən, ya Əli, səndən mədəd.

 

Yerdə, gögdə istəmir şol kor münafiqlər səni,

Zahirən peyda imişsən, ya Əli, səndən mədəd.

 

On səkiz min aləmin sirdaş sən sirrindədir,

Mürşidi-bina imişsən, ya Əli, səndən mədəd.

 

Qisməti-ruzi-əzəldə həm müini-Mustəfa,

Nərgisi-şəhla imişsən, ya Əli, səndən mədəd.

 

Anca kim, seyr eylədim, gəzdim vücudim şəhrini,

Misli-bihəmta imişsən, ya Əli, səndən mədəd.

 

Bu Xətayi xəstədil birliginə iqrar edir,

Vahidi-yekta imişsən, ya Əli, səndən mədəd.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info