Qonaq Kitabı
Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd

 

Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd.

Ərzi-halim sən bilürsən, dinü imanım, mədəd.

 

Şərmsarəm, pürgünahım sən bağışla, ya kərim,

Cümlələrni yarlığayan kamil insanım, mədəd.

 

Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib,

Ey həqiqət aləmində incə ərkanım, mədəd.

 

Bu əlimdür daməniniz, ya Əliyül-Murtəza,

Buyi-vəslindən sənin hər dərdə dərmanım, mədəd.

 

Hər yana əzm eylər olsan, sureyi fəth oldu fəth,

Açılar bağlu qapu dövlətlü dərbanım, mədəd.

 

Bu Xətayinin günahin sən götürmə yüzinə,

Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanım, mədəd.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info