Qonaq Kitabı
Fələknin gərdişindən dadü fəryad

 

Fələknin gərdişindən dadü fəryad.

Məni ayırdı səndən dadü fəryad.

 

Məni yardan ayırdı bu zəmanə,

Zəmanə gərdişindən dadü fəryad.

 

 

Mənim iki cəhanım sevgili şah,

Səni sevmədigindən dadü fəryad.

 

Yaxam yırtım gedim əğyar əlindən,

Bu rəhmi yox dilindən dadü fəryad.

 

Necə biçarəvü büryan olubdur.

Xətayi yar əlindən dadü fəryad.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info