Qonaq Kitabı
Həq kəlamı sevmişəm, sureyi-Yasindən mədəd

 

Həq kəlamı sevmişəm, sureyi-Yasindən mədəd

Kim, mana incili-fürqanin duasindən mədəd.

 

Ey behəqqi möcizati verdin ol Musayə sən

Kim, mana Musayi-İmranın əsasindən mədəd.

 

Ey yaradan aləmi ol şahi-xuban eşqinə,

Ol rəsuli-axiratın möcizasindən mədəd.

 

Kim ki, kamin almadı, dünyadə oldur binəva,

Binəvanın vergilən, yarəb, nəvasindən mədəd.

 

Bu Xətayi der: - Əzəldən mən imamin quluyam,

Ey imami-həqq Əliyül-Murtəzasindən mədəd.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info