Qonaq Kitabı
Bu könlüm şad olur qəmdən rüxi çün laləgün görgəc

 

Bu könlüm şad olur qəmdən rüxi çün laləgün görgəc,

Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.

 

Əgər ah eyləsəm, topraq olur dər ləhzə ahimdən,

Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc.

 

Anunçün əyləməz ahi bu canım rəhgüzarində,

Həramilər çaparlar karivani çün tütün görgəc.

 

Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan,

Fələk övcində xurşidi həyadən sərnigun görgəc.

 

Xətayi, rəsm beylə eyləyibdür ehtiraz ilə,

Hezaran naz edər xublar ki, aşiqin zəbun görcək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info