Qonaq Kitabı
Əhli-həyatə söylərəm, ey həyyi-laməmat

 

Əhli-həyatə söylərəm, ey həyyi-laməmat,

Fani cəhanda kimsəyə munis degil həyat.

 

Baqidir ol ki, derlər ani vacibəl-vücud,

Fərmandır anə mümtənəat ilə mümkinat.

 

Can bəxş edər məmatə ləbin, ey Məsih dəm,

İsalərin əcəbmi dəmindən bu möcüzat?

 

Məhdi-zəmin içində ki, tifli-nəbat edər,

Ana həmişə dayeyi-lütf əmirdir nəbat.

 

Şətrənci-dəhr içindəki at oynadan xani?

Təqdir beydəqi ani bir dəmdə qıldı mat.

 

Çün qul olan qapında görər qədri-səltənət,

Bir qulunam ki, vermişəm ol qədr içün bərat.

 

Yetməz, Xətayi, zikr ilahın nüfusinə,

Bir zat imiş ki, irməz anə zat ilən sifat.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info