Qonaq Kitabı
Bu aləm hüsninə heyrandır, ey dust

 

Bu aləm hüsninə heyrandır, ey dust,

Sana bu qönçə ləb xəndandır, ey dust.

 

Mən ol Yəqub nisbət zar boldum,

Cəmalın Yusifi-Kənandır, ey dust.

 

Hilali qaşını ta gördü çeşmim.

Bu canım eydinə qurbandır, ey dust.

 

Sana bu künfəkan valeh bolubdur,

Ki, hüsnin surəti-rəhmandır, ey dust.

 

Cəmalın səfhəsində xəttü xalın,

Yüzündə ayəti-qurandır, ey dust.

 

Sənin eşqin vücudim şəhdi içrə

Bu könlüm təxtinə sultandır, ey dust.

 

Xətayiyə, demişsən, cövr edim çox,

Yenə lütfü yenə ehsandır, ey dust.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info