Qonaq Kitabı
Vəchində peydadır sənin ənvari-zati-kibriya

 

Vəchində peydadır sənin ənvari-zati-kibriya,

Ol yüzə qarşu dəxi şərməndədir şəmsüz-züha.

 

Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,

Fərhadvar istər könül Şirin dodağından şəfa.

 

Cami-müsəffadan mana saqi içirdi bir qədəh,

Sufi nə bilsin mən necə ol camdən buldum səfa.

 

Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir.

Ruzi-əzəldən ta ədəb istər kəmali-müntəha.

 

Mən cahilü nadan idim, ol hüsn üçün heyran idim,

Ta gənc ikən pünhan idim, şimdi gözümdən zahira.

 

Eynül-yəqin həq sirrinə idrak edən insan idim,

Ey mərifətdən bixəbər, insafə gəlgil (bidəğa).

 

Canü cəhani sizsizin neylər Xətayi xəstə dil,

Səndən müdam ehsan dilər, çünki gədadır binəva.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info