Qonaq Kitabı
Minbə`d əgər mənimlə həbib olsa aşina

 

Minbə`d əgər mənimlə həbib olsa aşina,

Mən canımı yolunda onun eylərəm fəda.

 

Gülgün yüzün xəyalına düşdü könül yenə,

Bənizim saraldı dərd ilə manəndi-kəhrəba.

 

Darüş-şəfayə getmədigim canandan ötrüdür,

Ey cismimin həyatı, ləbindir mənə şəfa.

 

Çeşmin cəhanda fitnəvü aşub göstərir.

Hər dəm qiyaməti qoparır qamətin mana.

 

Yastan, Xətayi, yar eşiginə etiqad ilə,

Şamü səhər də dövlətinə eyləgil dua.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info