Qonaq Kitabı
Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva

 

Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva,

Həm anın şə`vində münzəl ayəti-şəmsüz-züha.

 

Sureyi-Tahavü Yasinü təbarək hüsninə

Gör nə tə`zim eyləmişdir həq təala rəbbəna.

 

Münfəildir təl`ətindən dər fələk xurşidü mah,

Şol cəhətdən kim, yüzün nurundan almışdır ziya.

 

Valehü sərgəştədir aləmdə əhli-mə`rifət

Vəchinə, ey gövhəri-pakizeyi-ərzü səma.

 

Bu Xətayidən inayət kəsmə, ey şahi-kərəm,

Canə yetmişdir cəfadən lütf edib qılgil vəfa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info