Qonaq Kitabı
Neylərəm ol cənnəti içində dildar olmasa

 

Neylərəm ol cənnəti içində dildar olmasa,

Qoy anı viranə qalsun, baxçada bar olmasa.

 

Ğəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib,

Qanda didarı görür, ol bunda bidar olmasa.

 

Dünyada aşiq olan geydi məlamət donunu,

Hər yetən aşiq olurmi, dərd ana kar olmasa?

 

Aşiqin meydanda başi top yerinə çalınur,

Başını meydana qoymaz, kim ki, sərdar olmasa.

 

Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola,

Əgri meydanda utanur, onda iqrar olmasa.

 

Ey Xətayi, gövhəri xərc eyləmə nadanə sən,

Gövhərin qədrini bilməz, gər xiridar olmasa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info