Qonaq Kitabı
Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba

 

Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba,

Taki uyxuda görərmən sən təki bir məhliqa.

 

Taki eşqinin bəlası canıma kar eylədi,

Ey təbibim, bilməzəm kim, varmı bu dərdə dəva?

 

Daneyi xalinə ta kim, mürği-can qıldı təmə`,

Dami-zülfin həlqəsinən oldu canım mübtəla.

 

Ey mürüvvət mə`dəni, məndən kərəm qılma diriğ,

Qənbərinəm mən sənin, şahim, beeşqi-Mürtəza.

 

Özgə aşiqlər əgərçi dil verər dildarinə,

Bu Xətayi xəstə gör, yolunda qıldı can fəda.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info