Qonaq Kitabı
Eylədim bünyad əvvəl bəndə əz nami-xuda

 

Eylədim bünyad əvvəl bəndə əz nami-xuda,

Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.

 

Aciz olma, ey könül, münkir gərəkməz əhli-dil,

Həqtəala buyruğudur mur əlində əjdəha.

 

Eylə sultandır ki, yoxdur mislü həm həmta ona,

Buyruğundan kim, onun çəxmaz şəhü mirü gəda.

 

Kim ki, həqqə münkir oldu, qoy cəzasıdır onun,

Zərrəcə rəhm etməgil sən ta kim, ol halın duya.

 

It rəqiblər tə         `nə edərsə, Xətayi, həqqə sal,

Olma qəmgin kim, sana qıldığını həqdən tapa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info